Sual 1: Sinifdə praktik məşğələlər üçün lazımi avadanlıq varmı?
Cavab: Bəli, var. Cisco Router-lər, Layer 2 və Layer 3 Swich-lər.
Sual 2: Bütün CCNA R&S təlim müddəti (200-125) nə qədər davam edir?
Cavab: 4 ay.
Sual 3: Bir dərs nə qədər davam edir?
Cavab: 2 saat.
Sual 4: Bir həftə ərzində neçə dərs keçirilir?
Cavab: İki dəfə.
Sual 5: Dərslər nə vaxt və hansı günlərdə keçirilir?
Cavab: Dərslər bazar ertəsi – şənbə günləri, 9:30-dan 22:00-dək keçirilir.
Sual 6: NetAcad.com materialları sinif tələbələr üçün mövcuddurmu?
Cavab: Bəli.
Sual 7: Sizin Akademiyanız rəsmidi?
Cavab: Bəli. Akademiya rəsmi olaraq akkreditasiya olunmuşdur. Linkə baxın.
Sual 8: Bizim Akademiyada sənaye imtahanı verə bilərsinizmi?
Cavab: Xeyr. Sənaye imtahanı ümumiyyətlə xüsusi test mərkəzləri tərəfindən aparılır. Linkə baxın.
Sual 9: Akademiya tələbələri CCNA RS Sənaye İmtahanına endirim vauçerini əldə edə bilərmi?
Cavab: Bəli, əldə edə bilərlər.
Sual 10: Endirim vauçerini kim alır?
Cavab: Yalnız bütün imtahandan müvəffəqiyyətlə keçən tələbələr.
Sual 11: Vauçer almaq üçün buraxılış imtahanlarında hansı bal tələb olunur?
Cavab: Buraxılış imtahanları ən azı 75% və daha yüksək olan ilk sınağın balına əsaslanır.
Sual 12: CCNA R&S (200-125) sənaye imtahanın qiyməti nə qədərdir?
Cavab: İmtahanın ümumi qiyməti təxminən 325.00 dollardır.
Sual 13: Endirim Vauçeri ilə hansı endirim əldə edə bilərəm?
Cavab: Təxminən 60% endirim.
Sual 14: Məsafəli təlim almaq mümkündürmü?
Bəli mümkündür.
Sual 15: İmtahanlar harada verilir?
Cavab: Fəsil imtahanları məsafəli verilir. Buraxılış (Final) imtahanları sinifdə, təlimçimin iştirakı ilə aparılır.
Sual 16: Məsafəli təhsil alan tələbələr sinifdəki avadanlıqlarla laboratoriya işləri apara bilərmi?
Cavab: Bəli bilər. Belə laboratoriya işləri ayrıca ödənilir. Qiymətlərə baxın.
Sual 17: Məsafəli təhsil alan tələbələr təlimçi ilə birlikdə sinifdə oxuya bilərmi?
Cavab: Bəli, ola bilər. Bu təlim ayrıca ödənilir. Qiymətlərə baxın.
Sual 18: Təlimçi dərsi buraxsa, bu dərs əvəz olunacaqmı?
Cavab: Bəli. Təlimçi dərsini buraxdığı zaman, əvəzində ayrı dərsi keçirməyə borcludur.
Sual 19: Tələbə dərsi buraxsa, bu dərs əvəz olunacaqmı?
Cavab: Xeyr. Səbəbindən asılı olmayaraq, təlimçi buraxdığı dərsi əvəz etməyəcəkdir.
Sual 20: Texniki səbəblərə görə dərsi keçirmək mümkün olmadıqda, bu dərs əvəz olunacaqmı?
Cavab: Bəli, dərs əvəz olunacaq.
Sual 21: Sinifdə dərslər hansı dillərdə keçirilir?
Cavab: Azərbaycan və rus dillərində.